23 May 2014 22:21
560

Bakıda rus qadının meyiti tapılıb.

Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1944-cü il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb.

Teleqraf.com-un məlumatına görə, FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə pəncərədən daxil olublar.

Mənzilə baxış keçirilərkən Mzarkovskaya Flora Nilolayevna ölmüş vəziyyətdə aşkarlanıb.

Qeyd olunan şəxsin meyiti xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.


Müəllif: