23 May 2014 22:59
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakının Xətai rayonunda yanğın hadisəsi qeydə alınıb.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Xətai rayonunda inşa olunan çoxmərtəbəli yaşayış binasının ərazisində 10 kv.m sahəyə yığılmış taxta materiallar və 1 ədəd lift mühərriki yanıb.

Ərazidə olan digər materiallar və tikililər yanğından mühafizə olunub. Yanğın saat 18:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: