18 Aprel 2014 00:07
1 676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Çelyabinsk vilayətində müstəntiqlər vəkilin törətdiyi ağır və acımasız bir cinayətin üstünü açılblar. Belə ki, qatil-vəkil ona yardım üçün müraciət edən yaşlı qadını öldürüb. 31 yaşlı cinayətkar sən demə, bu qətli xeyli müddət öncə planlaşdırıb.

Teleqraf.com-un xəbərinə görə, müstəntiqlərin araşdırmasına əsasən məlum olub ki, vəkil 72 yaşlı qurbanı ilə məhkəmə proseslərindən birində tanış olub. O, yaşlı qadının ona borclu olan bir nəfərdən pulunun alınmasıyla baglı məhkəmədə onun maraqlarını qoruyub. Amma daha sonra qadının inamından sui-istifadə edib. Onunla baglı bütün məlumatları əldə edib. Əmin olub ki, qadının həmin şəhərdə heç kimi yoxdur. Daha sonra o, öz mənfur planını həyata keçirib. Qadını qətlə yetirərək evinə sahiblənib. Qadının yaxınları onun yoxa çıxmasıyla bağlı polisə müraciət etdikdən sonra cinayətin üstü açılıb. Məlum olub ki, vəkil qadını öldürərək cəsədini meşədə gizlədib. Daha sonra ailəsi ilə birgə onun mənzilinə yerləşib.

Cinayətkar araşdırma zamanı etdiyi əməlləri etiraf edib. Faktla bağlı araşdırma aparılır.

Fidan


Müəllif: