25 May 2014 22:59
396

Bakı şəhərinin Yasamal rayonunda 1947-ci il təvəllüdlü Dosiyeva Gülbahar Nemət qızı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Teleqraf.com-un məlumatına görə, FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin eyvanına 5-ci mərtəbədəki mənzilin eyvanından enərək içəri daxil olublar.

Mənzilə baxış keçirilərkən G.Dosiyeva huşsuz vəziyyətdə və 1 nəfər fiziki qüsurlu (görmə, eşitmə və danışma qabiliyyəti olmayan) şəxs aşkarlanıb.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində G.Dosiyevanın vəfat etdiyi müəyyən olunub.

Qeyd olunan şəxsin cəsədi və fiziki qüsurlü şəxs xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.


Müəllif: