1 İyul 2015 12:02

Samuxda baş verən ağır yol qəzasında 2 nəfər dünyasını dəyişib.

Teleqraf.com Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, iyunun 30-da gecə saatlarında Samuxun Qarayeri-Sarıqamış avtomobil yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

Rayon sakini Alim Kazımov idarə etdiyi “VAZ 21015” markalı avtomobillə hərəkət edərkən avtomobili eyni istiqamətdə hərəkət edən Vilayət Qasımovun idarə etdiyi “T-40” markalı traktorun qoşqusuna çırpıb.

Qəza nəticəsində “VAZ”ın sürücüsü yaralanıb, avtomobildə olan iki sərnişin isə ölüb.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.


Müəllif:
Загрузка...