1 İyul 2015 18:59

Ali Məhkəmədə zorlamada təqsirli bilinən Məcid Məcidovun barəsində çıxarılmış bəraət verilmiş hökmdən kasasiya protestinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Rusiya Federasiyasının vətəndaşı N.İ (şərti) 11 may 2013-cü il tarixdə gecə saat 5 radələrində Səbail rayonunda müvəqqəti yaşadığı mənzildə Bakı şəhər sakini Məcid Məcidov tərəfindən zorlanması barədə müraciəti Səbail Rayon Prokurorluğunda araşdırılıb.

Müəyyən edilib ki, Bakı şəhərində fəaliyyət göstərən “Grand House” daşınmaz əmlak firmasının rəhbəri M. Məcidov mayın 10-da N.İ-nin müraciəti əsasında Bakı şəhəri, Ü. Hacıbəyov küçəsi, 27 saylı ünvanda yerləşən mənzili 10 gün müddətinə kirayəyə verib. M. Məcidov mənzilin açarlarının birini ona təqdim edib, ertəsi gün isə gecə saat 5 radələrində özündə olan ikinci açarla qanunsuz olaraq həmin mənzilə daxil olaraq zor tətbiq etməklə zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə edib onunla cinsi əlaqədə olaraq zorlayıb.

İstintaq orqanı Məcid Məcidovu Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) və 157.3-cü (mənzil toxunulmazlığını pozma) maddələri ilə təqsirləndirib. Bakı Ağır Cinayətlər Məhkəməsində Məcid Məcidovun barəsində bəraət hökmü çıxarıb. O, məhkəmə zalından azadlığa buraxılıb.

Hökmdən Baş Prokurorluq narazı qalıb. Prokurorluq Məcid Məcidovun barəsində çıxarılan hökmdən apelyasiya protesti verib. Prokurorluq Məcid Məcidovun barəsində çıxarılan bəraət hökmünün ləğv edilməsini və onun barəsində ittiham hökmünün çıxarılmasını istəyib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə prokurorluğun protesti təmin edilməyib.

Məcid Məcidovun cəzasının ağırlaşdırılması barədə prokurorluq Ali Məhkəməyə kasasiya şikayəti verib. Hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara görə, şikayət təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:
Загрузка...