2 İyul 2015 21:23
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib. Sabunçu Rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Bilgəh qəsəbəsində qeydə alınıb.

Məlumata görə, Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Firuz Dadaşov özünü qaz borusundan asaraq, ölüb. Firuz Dadaşovun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: