5 İyul 2015 16:27
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdam rayonunda son bir neçə gün ərzində üç nəfəri ilan sancıb.

Ağdam rayon Mərkəzi Xəstəxanasından "Report"a verilən məlumata görə, xəstəxanaya ilan və əqrəb sancması diaqnozu ilə üç vətəndaş daxil olub.

Müraciət edənlərin hər üçü cəbhə xəttinə yaxın yerləşən kəndlərin sakinləridir. Baş həkim Gülnar Abbasovun sözlərinə görə, daxil olan xəstələrin hamısına vaxtında yardım edilib.

Xəstəxanadan onu da bildirdilər ki, ehtiyyatda kifayət qədər ilan zəhəri əleyhinə dərman mövcuddur.


Müəllif: