6 İyul 2015 11:32

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində cibgirliklə məşğul olan Rəhilə İsmayılova, Məleykə Şamilova, Nətavan Şamilova, Mətanət Şamilova və Məcid Şamilovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Fərid Nağıyev cinayət işinin məhkəmə baxışına verilməsini istəyib. Lakin hakimlər cinayət işinin Bakı Şəhər Prokurorluğuna qaytarılması barədə qərar qəbul ediblər. Buna səbəb ittiham aktının düzgün tərtib edilməməsi, təqsirləndirilən şəxslərə ittiham olunduqları maddələrin düzgün verilməməsi ilə bağlı olub.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Səbail rayonu Zərifə Əliyeva küçəsində saxlanılıblar. Yaxalanan şəxslərin üzərilərinə baxış keçirilərkən Məcid Şamilovdan 3,75 qram, Rəhilə İsmayılovadan isə 3,93 qram həşiş qətranı aşkar olunaraq götürülüb. Araşdırmalar zamanı məlum olub ki, onlar sentyabrın 24-də 11 saylı xətt avtobusunda Bakı şəhər sakini Gülüzə Abışovanın içərisində 40 manat və 6 ədəd bankomat kartı olan pul kisəsini əl çantasından oğurlayıblar.

Xatırladaq ki, yaxalanan arasında olan 60 Rahilə İsmayılova Sumqayıt və Bakıda çoxsaylı oğurluq və cibgirlik əməllərində şübhəli bilinir. O, “oğru” aləmində “Qara Rahilə” kimi tanınır. Rəhilə İsmayılov əvvəllər də cibgirlik və narkotik maddə saxladığına görə 10 dəfədən artıq məhkumluq həyatı yaşayıb. Rəhilə İsmayılovanın və onunla birgə yaxalanmış şəxslərin əməlindən ziyan çəkənlərin sayı xeyli çox olub.

Hacı Zeynalov


Müəllif:
Загрузка...