6 İyul 2015 15:04
355

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Zaur Əzizovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Zaur Əzizovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edeilib və o, şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıb.

Zaur Əzizov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) maddəsi ilə ittiham edilib. O, vətəndaşların etibarından sui istifadə edərək dələduzluq edib.

Hacı Zeynalov


Müəllif: