6 İyul 2015 15:41
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Tahir Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Tahir Ağayev ötən il oktyabrın 19-da soyğunçuluq yolu ilə Nabat Xalıqovanın 100 manatını və məişət əşyasını, bu il yanvarın 7-də isə Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Ələviyyə Qurbanovaya zor tətbiq edərək 50 manat və 100 ABŞ dollarını, habelə mobil telefonunu və sənədini alıb.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Tahir Ağayev 6 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: