7 İyul 2015 14:55

Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.

Sabunçu Rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Məlumata görə, Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü İlyas Quliyev yaşadığı evdə özünü bıçaqlayaraq ölüb. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:
Загрузка...