7 İyul 2015 17:46
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda intihara cəhd hadisəsi baş verib.

Xəzər rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Binə qəsəbəsində qeydə alınıb.

Məlumata görə, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Gülnar Əbilova ülgüclə damarlarını kəsərək intihara cəhd edib. Gülnar Əbilova xəstəxanaya çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Gülnar Əbilovanın hansı səbəbdən intihara cəhd etməsi hələki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: