7 İyul 2015 18:39
936
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda taksi sürücüsünü qətlə yetirən həbs edilib.

Teleqraf.com xəbər verir ki, Nabran qəsəbəsində 1989-cu il təvəllüdlü Famil Məmmədov bıçaqlanaraq öldürülüb. Qətlə yetirilən şəxs taksi sürücüsü kimi fəaliyyət göstərib.

İstintaq tədbirləri ilə müəyyən edilib ki, qətl hadisəsini törədən Biləsuvar rayon sakini Ramil Abbaslı müəyyən edilərək həbs edilib. Ramil Abbaslı Sumqayıt Dövlət Universitetinin 4-cü kurs tələbəsi olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: