8 İyul 2015 14:18
225

Azərbaycanın bir neçə rayonunda yabanı halda narkotiklərin yığılması barədə əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində çəkisi 620 kiloqram olan 554 ədəd narkotik vasitəni aşkar edib.

Zaqatala Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən isə Yengiyan kəndi ərazisində əməliyyat keçirilib.

Əməliyyat zamanı çəkisi 8 ton 625 kiloqram olan 5750 ədəd narkotik vasitə aşkar edilib.

Ağdaş Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Mürsəl kəndi ərazisində çəkisi 2 ton 370 kiloqram olan 8014 ədəd yabanı halda bitmiş çətənə kolları aşkar edilib. Yabanı halda bitmiş narkotik vasitələr məhv edilib.

Hacı Zeynalov


Müəllif: