8 İyul 2015 17:41
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Xaçmaz rayonunda istirahət mərkəzində törədilmiş qətllə bağlı birgə açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, iyulun 7-də Xaçmaz rayonunun Günəşli kəndi ərazisində fəaliyyət göstərən istirahət mərkəzlərinin birində Biləsuvar rayon sakini Ramil Abbaslı aralarında yaranmış münaqişə zəminində üstündə gəzdirdiyi bıçaqla Xaçmaz şəhər sakini Famil Məmmədovu qətlə yetirib.

Rayon Polis şöbəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində R.Abbaslı şübhəli şəxs qismində tutulub.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Nabran qəsəbəsində 1989-cu il təvəllüdlü Famil Məmmədov bıçaqlanaraq öldürülüb. Qətlə yetirilən şəxs taksi sürücüsü kimi fəaliyyət göstərib. İstintaq tədbirləri ilə müəyyən edilib ki, qətl hadisəsini törədən Biləsuvar rayon sakini Ramil Abbaslı müəyyən edilərək həbs edilib. Ramil Abbaslı Sumqayıt Dövlət Universitetinin 4-cü kurs tələbəsi olub.

Hacı Zeynalov


Müəllif: