9 İyul 2015 10:51
256

Bakı Apelyasiya Məhkəməsində qətldə təqsirləndirilən Nahid, Əziz, Cahid Qədəşovlarının apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, ötən ilin avqustun 25-də Xəzər rayon Şağan qəsəbəsi, Əzizbəyov küçəsi, ev 88-də 1965-ci il təvəllüdlü Ülkər Abdullayevı, 1962-ci ildə doğulan Tərlan Abdullayev, onun övladı 1987-ci il təvəllüdlü Rəhman Abdullayev bıçaqlanıb. Onlar ağır vəziyyətdə Sabunçu xəstəxanasına yerləşdiriliblər. Bıçaqlanan şəxslər dərhal cərrahi əməliyyata alınıb. Həkimlərin səyinə baxmayaraq Ülkər Abdullayev dünyasını dəyişib.

İstintaq araşdırması zamanı cinayətin Nadir, Əziz və Cahid Qədəşovlar tərəfindən törədilməsi müəyyən edilib. Onlar Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.

İttihama görə, hadisədən bir gün əvvəl Ülkər Abdullayevanın oğlu Rəhman toydan evə gec saatlarda, səhərə yaxın qayıdıb. Buna görə həyat yoldaşı ona irad tutub. Bunun əsasında münaqişə başlayıb. Bu münaqişəyə nəinki oğlanın valideynləri, hətta qızın valideynləri belə qarışıb. Onlar isə özlərini çox gözlətmədən qudalarının evində peyda olublar. Qarşılıqlı ittiham və təhqirlər davam edib, qohumlar münasibəti aydınlaşdırmadan ayrılıblar.

Səhərisi gün Abdullayevlərin evinə gəlinin qardaşları, atası və digər qohumlar gəlib. Qalmaqal davam edir. Münaqişə isə Nadir Qədişovun bıçaqla bacısının qaynanasını öldürməsi, qaynını yaralanması ilə nəticələnib. Hətta hadisə vaxtı Cahid Qədişov da yaralanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nahid Qədəşov 19 il, Əziz Qədəşov 19 il, Cahid Qədəşov isə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər barələrində olan cəzanın yüngülləşdirilməsini istəyiblər.

Hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları, həmçinin apelyasiya şikayətlərinin dəlilləri müəyyən edilib. Məhkəmənin baxış iclası iyulun 21-nə təyin edilib.

Hacı Zeynalov


Müəllif: