9 İyul 2015 13:59
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qax rayonunda soyğunçuluq edən iki nəfər həbs edilib.

Teleqraf.com xəbər verir ki, rayon sakini Orxan İsayev iki nəfər naməlum şəxs tərəfindən soyğunçuluqla üzləşib.

Naməlum şəxslər Orxan İsayevin 103 manatını alıblar. O, Qax rayon polis şöbəsinə məlumat verib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirlər cinayəti törətməkdə şübhəli bilinən Qax sakinləri Natiq Məmmədov və Əsədullah İbrahimov saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: