9 İyul 2015 16:32

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirli bilinən Sumqayıt şəhər sakinləri Nicat Məmmədov, Rövşən İsayev və Ağsu rayon sakini Vüsal Həmzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, ötən ilin noyabrın 16-da paytaxtın Nizami rayonu H.Əliyev prospektində şəxsiyyəti məlum olmayan 3 nəfər Tovuz rayon sakini Vüsalə Əliyevaya zor tətbiq edərək içərisində 30 manatı və 5 türk lirəsi, habelə kosmetik əşyaları olan çantasını alıb hadisə yerini tərk edib.

Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Sumqayıt şəhər sakinləri Nicat Məmmədov, Rövşən İsayev və Ağsu rayon sakini Vüsal Həmzəyev tutulub.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Nicat Məmmədov 6 il 6 ay, Rövşən İsayev 6 il, Vüsal Həmzəyev 5 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:
Загрузка...