10 İyul 2015 09:49
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Suraxanı Rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, 52 yaşlı Tamella Babayeva evinin qarşısında 213 saylı xətt marşrutu ilə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu tərəfindən vurulub.

52 yaşlı qadın 3 saylı şəhər xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib.

İlkin məlumata görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib. Qadın qəfil küçəyə çıxması nəticəsində avtobusun hərəkət etməsini görməyib və avtobusun altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: