10 İyul 2015 10:39
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yasamal rayonunda "MERCEDES" yanıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus "MERCEDES" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 01:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: