10 İyul 2015 11:27
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində dələduzluqda ittiham olunan “Azərbalıq” Dövlət Konserninin sabiq prezidenti Ənvər Mustafayevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Ənvər Mustafayevin apelyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ənvər Mustafayev 10 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan Ənvər Mustafayev məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Ənvər Mustafayev dələduzluqda təqsirləndirilir. İbtidai istintaq və məhkəmə zamanı onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Məlumata görə, Ənvər Mustafayev Heydər Əliyev Fondunun adından dələduzluq edib.

Hacı Zeynalov


Müəllif: