10 İyul 2015 11:57
301

Bakı polisi dilənçilərə qarşı əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, əməliyyatlardan birini Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşları keçirib.

Polis tərəfindən rayon ərazisində avaralıq və dilənçiliklə məşğul olan 70 nəfər saxlanılıb. Digər əməliyyatı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları keçirib. Rayon ərazisində avaralıq və dilənçiliklə məşğul olan 16 nəfər saxlanılıb. Saxlanılanların barələrində müvafiq tədbir görülüb.

Hacı Zeynalov


Müəllif: