10 İyul 2015 12:14
442

Sumqayıt şəhərində yaşayış evində partlayış olub. Sumqayıt Şəhər Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə şəhərin 34-cü məhəllə, Sülh küçəsi, mənzil 16 ünvanında qeydə alınıb.

Sumqayıt şəhər sakini Svetlana Qardanovanın evində kirayə yaşayan Əkrəm Pənahəliyev, Kristina Lazareva, Zaur Lazarev və Vladimir Lazerev xəsarət alıblar. Onlar xəstəxanaya çatdırılıblar.

Hacı Zeynalov


Müəllif: