12 İyul 2015 21:39
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazax rayonunun Fərəhli və Alpout kəndlərinin bələdiyyələrinə məxsus ərazilərdə 100 ha sahədə quru ot və kol-kos yanıb.


APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı biçilməmiş taxıl sahəsi və ferma yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Füzuli rayonunun Kürdmahmudlu kəndinin ərazisində isə 35 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı fermalar yanğından mühafizə olunub, yanğın söndürülüb.

Cəlilabad rayonunun Sərhədabad kəndində də yanğın qeydə alınıb. Kənd bələdiyyəsinə məxsus ərazidə 5 ha kol-kos yanıb. Yaxınlıqdakı biçilmiş əkin sahələri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Daha bir yanğın hadisəsi isə Xaçmaz rayonunun Alıcqışlaq kəndində baş verib. Toxumçuluq sovxozu ərazisində 50 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı digər biçilmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğınsöndürənlər yanğını söndürüblər.


Müəllif: