13 İyul 2015 11:45
353

Bakıda ana iki övladı ilə birgə itkin düşüb.

Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, iyunun 10-da saat 23 radələrində Südçülük sovxozunda yaşayan 1990-cı il təvəllüdlü Asidə Qurbanova övladları, 2010-cu il təvəllüdlü Valeh və 2012-ci il təvəllüdlü Talehlə birgə evdən çıxaraq bir daha geri qayıtmayıb.

Hazırda polis itkin düşən şəxslərin tapılması istiqamətində iş aparır.


Müəllif: