13 İyul 2015 14:15
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Ədalət Vəzirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, məhkəmənin hökmü ilə Ədalət Vəzirov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il noyabrın 26-da Xırdalan şəhərində şəhər sakini Ədalət Vəzirov idarə etdiyi “İsuzu” markalı avtomobillə yolu keçən Lənkəran rayon sakini Telman Baxşıyevi vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Hacı Zeynalov


Müəllif: