13 İyul 2015 15:49

Bakının Qaradağ rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qobustan qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini Xəyyam Abdullayev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı hasara vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş X.Abdullayev orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:
Загрузка...