13 İyul 2015 17:39
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan Apelyasiya Məhkəməsində İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Beyləqan rayon sakini, 1984-cü il təvəllüdlü Rəşad Şirinovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Rəşad Şirinov 25 avqust 2014-cü ildə İran İslam Respublikasının Əhər şəhərində satış məqsədi ilə narkotik vasitələri qanunsuz olaraq külli miqdarda əldə edib. O, narkotik vasitəni gömrük nəzarətindən gizli keçirmə barədə şəxsiyyətləri məlum оlmаyаn İrаn İslаm Rеspublikаsının vətəndаşları ilə qаbаqcаdаn cinayət əlaqəsinə girib və bir qrup şəхs hаlındа 975,0 qram həşiş qətranı və 999,5 qram tiryək narkotik vasitələri 26 avqust 2014-cü ildə, saat 09 radələrində Biləsuvar Gömrük İdarəsinin “QoşaTəpə” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirib.

Rəşad Şirinov Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən, külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.


Hökmdən narazı qalan Rəşad Şirinov apelyasiya şikayəti verib və cəzasının yüngülləşdirilməsini istəyib. Hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Rəşad Şirinovun apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif: