13 İyul 2015 17:52
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2014-cü il noyabrın 26-da “Cümə” məscidində partlayış törətməkdə təqsirli bilinən Namiq Nəsibov və Elnur Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə Elnur Ələkbərov ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Elnur Ələkbərov bildirib ki, “Cümə” məscidində yanğın hadisəsi törətməkdən xəbəri olmayıb: “Məscidi yandıranı da görməmişəm, tanımamışam. Bu işdən mənim ümumiyyətlə xəbərim olmayıb”.

Məhkəmə iclası iyulun 23-də davam etdiriləcək.

Hacı Zeynalov


Müəllif: