14 İyul 2015 13:35
1 121
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Xabarovsk vilayətinin müstəntiqləri qətldə təqsirli bilinən 40 yaşlı qadının cinayət işinin təhqiqatını başa çatdırıblar.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, qadın 33 yaşlı sevgilisini qətlə yetirməkdə suçlanır. Xəbərə görə, hadisə qadın iki kişi ilə birlikdə yemək yeyən zaman baş verib. Qadının hazırladığı makaron sevgilisinin xoşuna gəlməyib və o, narazılığını bildirib. 33 yalı kişi uşaqlıqdan makaronu sevmədiyini bildirib. Bu sözdən sonra onlar arasında mübahisə yaranıb. Qadın makaronu bəyənmyən sevgilisinin kürəyinə bıçaqla bir zərbə endirib.

İstintaq zamanı günahını etiraf edən qadın bu əməlindən peşiman olduğunu bildirib. O, bu hərəkətini çox içkili olması ilə izah edib.

Cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

Nihad


Müəllif: