14 İyul 2015 14:58
511

Tovuz rayonunda silahlı insident baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.

Kənd sakini Çingiz Məmmədov xuliqanlıq zəminində həmkəndlisi Elşən Əliyevin istiqamətində ov tüfəngindən atəş açıb. Hadisə nəticəsində Elşən Əliyev yaralanıb. Çingiz Məmmədov Tovuz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb və ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədlər olan “İJ-18” markalı tüfəng götürülüb.

Hacı Zeynalov


Müəllif: