14 İyul 2015 15:20
385

İsmayıllı və Göygöl rayonlarında narkotiklərlə bağlı əməliyyat keçirilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Məlumata görə, İsmayıllı rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İsmayıllı kənd sakini, əvvəllər məhkum olunmuş Hikmət Abdurazaqov həbs edilib. Ona məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 18 kiloqram olan 57 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Daha bir əməliyyatı Göygöl rayon polis şöbəsinin əməkdaşları keçirib. Rayon sakinləri İntiqam Məmmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu, özündən isə 655,91 qram marixuana, Sahib Məmmədova məxsus həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilmiş 3 ədəd çətənə kolu aşkar edilib.

Hacı Zeynalov


Müəllif: