14 İyul 2015 15:31

Bakı Apelyasiya Məhkəməsində həbsdə olan Müsavat Partiyası başqanının müavini Fərəc Kərimlinin apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, Fərəc Kərimlinin apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar elan edilib.

Qeyd edək ki, Fərəc Kərimli Cinayət Məcəlləsinin 234-cü( qanunsuz narkotik maddələrin dövriyyəsində) təqsirləndirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:
Загрузка...