15 İyul 2015 00:40
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöldə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.


APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə iyulun 14-də Göygöl rayonun girişində, Şərab zavodunun yanında baş verib.


Zavodda gözətçi işləyən Göygöl rayon Topalhəsənli kənd sakini, 1956-ci il təvəllüdlü Eldar Kərimov yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.


Müəllif: