15 İyul 2015 10:32
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı polisi paytaxtda oğurluq və soyğunçuluq hadisələrini törədən şəxslərin həbs edilməsi ilə bağlı əməliyyatlar keçirib.

Teleqraf.com xəbər verir ki, iyulun 12-də Sabunçu rayonu ərazisindəki mağazaya gəlmiş naməlum şəxs oradan açıq talama yolu ilə mobil telefon aparıb.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nicat Məmmədov tutulub.

Daha bir oğurluq hadisəsi iyulun 13-də Xəzər rayonunun Buzovna qəsəbəsində baş verib. Qəsəbə sakini Kamran Abbasova məxsus internet klubdan kondisioner oğurlanıb. Cinayəti törədən Bakı şəhər sakini Kamil Əyyubov polis tərəfindən saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 11-də Vaqif Rzayevə məxsus “VAZ-2107” markalı avtomobili qaçırmış Beyləqan rayon sakini Səməd Səmədli və Abşeron rayon sakini Səfər Həsənov tutulublar.

Binəqədi polisi daha bir soyğunçuluq hadisəsini törədən şəxsin meəyyən edilməsi barədə əməliyyat keçirib. 4-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 12-də Babaverdi Alcanovun 200 manatını soyğunçuluq yolu ilə almış Abşeron rayon sakini Adil Qarayev tutulub.

Hacı Zeynalov


Müəllif: