15 İyul 2015 12:25
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Dəliməmmədli şəhəri ərazisində qeydə alınıb.

Aslan İbrahimov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında dayanan “MAN” markalı yük avtomobilinə çırpılıb.

Nəticədə Aslan İbrahimov və onun avtomobilində olan sərnişin - Yeganə İsmayılova müxtəlif dərəcəli bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Aslan İbrahimov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Goranboy rayon polis şöbəsində araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: