15 İyul 2015 13:36
1 405
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdam rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Teleqraf.com-un Qarabağ bölgəsi üzrə müxbiri xəbər verir ki, hadisə bu gün səhər saatlarında, rayonun Baharlı qəsəbəsi ərazisində qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, hadisə avtomobilin yoldan çıxması nəticəsində baş verib. Qəza zamanı avtomobili idarə edən, 1994- cü il təvəllüdlü Sadıqov Qalib Abbas oğlu ağır bədən xəsarətləri alıb. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra o, Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Daşqın Abdullayev


Müəllif: