15 İyul 2015 15:49
239

Bakının Nərimanov rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Nərimanov rayonunda Bakı şəhər sakini Nicat Mazanov idarə etdiyi “Lifan” markalı avtomobillə yolu keçən paytaxt sakini Hafiz Novruzovu vurub.

Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: