15 İyul 2015 16:05
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda törədilən qətlin üstü açılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə apardığı tədbirlər nəticəsində iyulun 13-də Sabunçu rayonunun Maştağa qəsəbəsində Rauf Əliyevi bıçaqla qətlə yetirmiş Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Yusif Bağırov tutulub.

Qeyd edək ki, Gəncə şəhər sakini Abbas Mehdiyevə məxsus “AzSamand” markalı avtomobildən üzərində kəsilmiş-deşilmiş bıçaq xəsarətləri olan meyit aşkar olunub.

Sabunçu Rayon Polis İdarəsi 14-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində qətlə yetirilən şəxsin Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin uşaqbazlıq və narkotik vasitələrdən istifadə etmə maddəsi ilə məhkum olunmuş 1959-cu il təvəllüdlü Rauf Mikayıl oğlu Əliyev olduğu məlum olub.

Hadisədə şübhəli bilinən Yusif adlı şəxsin tutulduğu bildirilir. Soyadı hələ dəqiqləşdirilməyən Yusif də əvvəllər məhkum olunub. Qətl hadisəsi söyüş üstündə baş verib.

Hacı Zeynalov


Müəllif: