15 İyul 2015 16:20
343

Oğurluq etdiyinə görə həbs olunan Sumqayıt şəhər sakini Rövşən Mustafayevin digər cinayət əməlləri aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 28-də Sahib Kərimova məxsus mağazadan tütün məmulatı oğurlamış şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Mustafayev tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə, onun, Faiq Məmişova, Ruslan İsmayılova və Zahid Əhmədova məxsus mağazalardan pul, tütün məmulatı və ərzaq məhsulları oğurlaması, habelə iyul ayının 7-də şəhər sakini Fərqanə Zahidovaya zor tətbiq edib qızıl boyunbağısını alması da müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: