15 İyul 2015 16:35

Bakının Sabunçu rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Elmar Əsədov idarə etdiyi “Lada Priora” markalı avtomobili yolun kənarında dayanmış Əhməd Qurbanova məxsus “Daf” markalı avtomobilə vurub.

Nəticədə Elmir Əsədov və 4 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:
Загрузка...