15 İyul 2015 18:28
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəy rayonunda narkotiklərlə bağlı xüsusi əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, əməliyyat rayonun Dəyəqarabulaq kəndində keçirilib.

Gədəbəy rayon polis şöbəsi əməkdaşları tərəfindən Dəyəqarabulaq kəndində yabanı halda bitmiş, çəkisi 850 kq olan 680 ədəd çətənə kolu aşkar olunub. Daha bir əməliyyat Astara rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilib. Rayonun Züngüləş kəndində yabanı halda bitmiş, çəkisi 4 ton 875 kq olan 3050 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Hacı Zeynalov


Müəllif: