16 İyul 2015 12:11

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Ziya Bünyadov prospekti 125-in qarşısında qeydə alınıb.

Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Kamran Qurbanov naməlum şəxs tərəfindən bıçaqlanıb. Kamran Qurbanov müxtəlif bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib. Vaxtında tibbi yardı göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.


Hazırda polis cinayəti törədən şəxslərin müəyyən edilərək həbs edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:
Загрузка...