16 İyul 2015 14:37

Bakının Xəzər rayonunda faciəli hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Xəzər dənizinin Zirə çimərliyində qeydə alınıb.

Məlumata görə, Bakı şəhər sakinləri - 1996-cı təvəllüdlü Təbriz Məlikov və 1997-ci il təvəllüdlü Sənan Şabanov dənizdə çimərkən boğulublar. Daha bir hadisə Xəzər dənizinin Xaçmaz rayonu hissəsində qeydə alınıb.

Bakı şəhər sakini Seymur İsmayılov iyulun 15-də Xaçmaz rayonunun Müqtədir qəsəbəsindəki dəniz çımərliyində çimərkən boğulub. Onun meyiti sudan çıxarılıb.

Hacı Zeynalov


Müəllif:
Загрузка...