16 İyul 2015 15:35
1 296
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın bir neçə rayonunda narkotiklərlə bağlı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Saatlı rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaranuru kənd sakini, əvvəllər məhkum olunmuş Sahibəli Rüstəmova məxsus həyətdən kultivasiya yolu ilə yetişdirilmiş çəkisi 30,5 kiloqram olan olan 93 ədəd çətənə kolu, evinə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 560 qram marixuana aşkarlanıb.

Bundan əlavə Zaqatala rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Car kəndində kənd sakini, əvvəllər məhkum olunmuş İslam İbrahimov tərəfindən aqrotexniki qaydada becərilmiş ümumi çəkisi 3,2 qram olan 358 ədəd çətənə kolu aşkar edilib.

Hacı Zeynalov


Müəllif: