16 İyul 2015 16:25
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyəzən rayonunun Zarat kəndində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Abşeron rayonu Masazır qəsəbə sakini Rakim Şahməmmədov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb.

Nəticədə R.Şahməmmədovun sərnişini həmyerlisi Etibar Şahməmmədov və oğlu Haldun xəstəxanaya yerləşdiriliblər. Etibar orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: