16 İyul 2015 23:38
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda “Milli Ön” ödəmə terminalından oğurluq edənlər yaxalanıb. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, DİN Növbətçi Hissələri İdarəetmə Xidmətinin Təhlükəsiz Şəhər Xidməti və Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 8-də Yasamal rayonu ərazisində “Milli Ön” ödəmə terminalından 2290 manat oğurlamış Bakı şəhər sakinləri Rəşad Məlikov, Amid Əliyev, Nahid Bağıyev və Elmar Məmmədov tutulublar.

Hacı Zeynalov


Müəllif: