18 İyul 2015 01:27
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Səbail rayonunda vətəndaşa məxsus 360 kv.m olan ikimərtəbəli 8 otaqlı evdə baş verib.

Nəticədə evin taxta konstruksiyalardan ibarət mansardı 120 kv.m sahədə və pilləkan qəfəsi 6 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.


Müəllif: