18 İyul 2015 21:04
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bayramla əlaqədar olaraq Baş Dövlət Yol Polisi əməkdaşları istirahət zonalarında nəzarəti gücləndirib. İdarə əməkdaşlarının Göygöl rayonu ərzasində keçirdiyi reyddə insident qeydə alınıb.

Trend-in verdiyi məlumata görə, hələlik şəxsiyyəti məlum olmayan sürücü və 2 sərnişini xidməti vəzifəsini yerinə yetirən yol partul xidməti əməkdaşı Ağa Məmmədovu daş parçası ilə yaralayıb. Məmmədov dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

İnsidenti törədən sürücü və sərnişinlər isə hadisə yerindən qaçmağa müvəffəq olublar. Hazırda polis onların tutulması istiqamətində əməliyyat-axtarış təbdirlərini davam etdirir.

Qeyd edək ki, Ağa Məmmədov Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımının inspektorudur. Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

XXX

Yol polisinə xəsarət yetirən sürücünün kimliyi məlum olub.

Göygöl rayonu polis şöbəsindən verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımının inspektoru, çavuş Ağa Məmmədova daşla xəsarət yetirən şəxs - Elşən Abbasov polis tərəfindən saxlanılıb. Onun ağır dərəcəli sərxoş olduğu bildirilir. İş üzrə istintaq tədbirləri davam etdirilir.


Müəllif: